"Zirə"nin legioneri: "Karantin günlərində yeni dil öyrənirəm"

"Zirə"nin legioneri: "Karantin günlərində yeni dil öyrənirəm" Karantin günlərini səmərəli keçirmək istəyirəm. Yeni bir dil öyrənirəm. Hazırda fransız dili üzərində çalışıram.
Futbol
8 Aprel , 2020 13:06
Zirənin legioneri: Karantin günlərində yeni dil öyrənirəm

"Karantin günlərini səmərəli keçirmək istəyirəm. Yeni bir dil öyrənirəm. Hazırda fransız dili üzərində çalışıram". 

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" komandasının futbolçusu Ali Sisey deyib. 

26 yaşlı müdafiəçi koronavirusdan qorunmaq üçün bütün tədbirlərə əməl etdiyini bildirib: "Mümkün qədər evdə qalıram. Yalnız həqiqətən ehtiyacım varsa, çölə çıxıram. Çıxsam, əllərimi tez yuyuram, antibakterial spreydən istifadə edirəm". 

Sierra Leonedən olan oyunçu bəzi qohumlarının Afrika ölkəsində olduğunu vurğulayıb: "Onlarla daim maraqlanıram. Nənəm və bir neçə ailə üzvüm orada yaşayır. Yerli hökumət virusun yayılmasının qarşısını almaqdan ötrü sadəcə 3 günlük karantin tətbiq etdi". 

İngiltərə "Arsenal"ının yetirməsi olan müdafiəçi bu ölkədəki vəziyyətlə bağlı da danışıb: "Virus orada sürətlə yayılır. Hazırkı vəziyyətdə hər kəs öz evində qalmağa məcburdur. Britaniyada ölənlər çoxdur. Bəlkə də bəzi insanlar evdə qalmır, hökümətin tələblərinə əməl etmirlər". 

Sisey hələ ki, heç bir yaxınının bu virusa yoluxmadığını deyib: "Bunun üçün Allaha təşəkkür edirəm. Ümidvaram ki, bu, belə də qalacaq".

Qeyd edək ki, Ali Sisey "Zirə"yə yanvarda transfer olunub.

Son xəbərlər

Orphus sistemi