“Zirə”nin əsas komandasına bolqarıstanlı məşqçi cəlb olunub

“Zirə”nin əsas komandasına bolqarıstanlı məşqçi cəlb olunub Kamen Vasileyev baş məşqçi Ayxan Abbasovun yardımçısı olacaq
Futbol
12 Yanvar , 2018 11:20
“Zirə”nin əsas komandasına bolqarıstanlı məşqçi cəlb olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ “Zirə” futbol komandasının baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb.

Bu barədə “Report”a 37 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, qəsəbə təmsilçisinin əvəzedici heyətdə baş məşqçi Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komanda da çalışacaq: “Köməkçim Zaur Həşimov paralel olaraq, 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv də hazırda toplanışdadır. Bu səbəbdən Kamen Vasilyevi əsas komandaya cəlb etmişik. O, “Zirə”nin əvəzedici heyətinin baş məşqçisi olduğum dövrdə də köməkçim olub”.

Qeyd edək ki, Kamen Vasilyev daha əvvəl “Zirə”nin əvəzedici komandasının baş məşqçisi vəzifəsində də çalışıb.

Son xəbərlər

Orphus sistemi