Yuxarı
    Bağlamaq

    "Zirə"nin baş məşqçisi: "Bizim üçün də "Astra"nın heyəti və oyun üslubu maraqlıdır"

    Ayxan Abbasov: Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq

    Bakı. 12 iyul. REPORT.AZ / “Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Bizim də heyətimizde 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədir çıxış edirik, bu bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq".

    "Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Rumıniyada "Astra" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. O bildirib ki, rəqib haqda məlumat toplamaq elə də çətin deyil: "Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə, “Astra” haqqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünür ki, rəqib topla oynamağı sevir".

    “Astra”nın güclü komanda təsiri bağışladığını deyən gənc mütəxəssis bunları əlavə edib: "Rəqib qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi