Yuxarı
    Bağlamaq

    "Zirə"nin baş məşqçisi: "Avropa Liqasındakı ilk rəqib "Zirə"yə uyğundur"

    Ayxan Abbasov: İlk oyunumuzun da evdə olması yaxşı haldır

    Bakı. 19 iyun. REPORT.AZ/ "5 rəqibdən bizə uyğun rəqib düşdü. Amma maraqlandıqda görürük ki, "Differdanj" "Düdelanj"a yalnız top fərqində uduzaraq, 2-ci yeri tutub. Geniş məlumatı bu gün toplayacağıq". 

    Bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. O bildirib ki, komandası Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, Lüksemburq vitse-çempionları ilə görüşə iddialı çıxacaqlar. Gənc mütəxəssis ilk oyunun Bakıda keçirilməsini komandası üçün üstünlük adlandırıb: "Məncə, birinci oyunun evdə keçirilməsi normaldır. Hazırlıq prosesinə tez başlamışıq və oyunlar keçirmişik. Həm də hazırda təlim-məşq toplanışında olduğumuz Boludan Bakıya qayıdıb, səfərə yollanmamaqdansa, elə paytaxtda rəqibi gözləmək daha yaxşı olardı". 

    A.Abbasov komandası üçün daha bir üstünlük kimi son yoxlama oyunu iyunun 20-də Rumıniya çempionu "Viitorul"a qarşı keçirmələrini vurğulayıb. 

    Qeyd edək ki, "Zirə" "Differdanj"la ilk oyunu iyunun 29-da "Dalğa Arena"da keçirəcək. Cavab görüşü isə iyulun 6-da Differdanj şəhərində keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi