"Zirə"nin 5 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

"Zirə"nin 5 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq Nicat Qurbanovun soyuqdəyməsi var
Futbol
31 Oktyabr , 2017 11:56
Zirənin 5 futbolçusu Neftçiyə qarşı oynamayacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Zirə" komandası Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə keçirəcəyi oyuna futbolçu itkiləri ilə çıxacaq.

"Report"un məlumatına görə, bir müddətdir zədəli olan Anar Nəzirov və Orxan Əliyevdən əlavə, Qabriel Matey, Milan Duriç və Nicat Qurbanov da qarşıdakı görüşü buraxacaqlar.

Matey "Qəbələ" ilə X tur matçından əvvəl məşqdə, Duriç görüş zamanı zədələnib. Qurbanovun isə soyuqdəyməsi var.

Əvəzində Yusif Nəbiyev və Murad Səttarlı məşqlərə başlayıb. Şans veriləcəyi təqdirdə, onların "Neftçi"yə qarşı oynayacaqları gözlənilir.

Qeyd edək ki, noyabrın 5-də Zirə İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. Hazırda "Zirə" 21 xalla 2-ci, son 4 oyundan qalib ayrılan "Neftçi" isə 13 xalla 4-cüdür. 

Son xəbərlər

Orphus sistemi