"Zirə" daha bir yeni futbolçu ilə anlaşıb

"Zirə" daha bir yeni futbolçu ilə anlaşıb Zirə klubu daha bir yeni futbolçu ilə anlaşıb.
Futbol
21 Dekabr , 2019 20:47
Zirə daha bir yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu daha bir yeni futbolçu ilə anlaşıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb. 24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb.

Volkov yeni klubunun rəsmi saytına açıqlamasında yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: “Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.

Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub.

Son xəbərlər

Orphus sistemi