​"Zirə" klubu bir futbolçusu ilə yollarını ayırıb

​"Zirə" klubu bir futbolçusu ilə yollarını ayırıb Müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub
Futbol
28 May , 2016 16:25
​Zirə klubu bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 28 may. REPORT.AZ/ "Zirə" klubu daha bir futbolçu ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin üzvü Nicat Qurbanov karyerasını başqa klubda davam etdirəcək.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Qeyd edək ki, bundan öncə Çimezie Mbah, Dieqo Qusmao, Luis Alberto Diez, Tərzin Cahangirov, Ruslan Poladov və Rəşad Abdullayev “Zirə”dən ayrılıb.

Son xəbərlər

Orphus sistemi