"Zirə" klubu Avropa Liqasına vəsiqə qazanıb

"Zirə" klubu Avropa Liqasına vəsiqə qazanıb Azərbaycan Premyer Liqasında bütün pillələrin sahibləri müəyyənləşib
Futbol
29 Aprel , 2017 18:08
Zirə klubu Avropa Liqasına vəsiqə qazanıb

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında bütün pillələrin sahibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu, son turun artıq başa çatan ilk 3 oyunundan sonra məlum olub. "Zirə" autsayder AZAL-ı səfərdə 3:0 hesabı ilə yenərək, mövsümü 39 xalla 4-cü pillədə bitirib. Ayxan Abbasovun baş məşqçi olduğu komanda həm də Avropa Liqasına sonuncu vəsiqəyə sahib çıxıb.

"Zirə" ötən mövsümü gümüş medalla başa vursa da, UEFA lisenziyası ala bilmədiyi üçün Avroliqada çıxış edə bilməyib. Qarşıdakı mövsümdə isə belə problemin olmayacağı bildirilir.

Gəncədə "Kəpəz" "İnter"i minimal hesabla yenərək, 36 xalla 5-ci yeri tutub.

Nəhayət, "Sumqayıt" "Qəbələ"ni 2:1 hesabı ilə yenməsinə baxmayaraq, 35 xalla 6-cı pillədə qalıb.

Hazırda davam edən "Neftçi" - "Qarabağ" matçı isə turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyəcək. Ağdam komandası artıq çempionluğu rəsmiləşdirib. "Neftçi" isə yalnız 10 xala malik AZAL-ı qabaqlayaraq, 7-ci yeri tutub.

Qeyd edək ki, "Qəbələ" 52 xalla 2-ci, "İnter" 43 xalla 3-cü olub.

Azərbaycan Premyer Liqası

XXVIII tur

29 aprel (şənbə)

16:00. "Kəpəz” – "İnter” - 1:0

Qol: Dario Federiko, 49

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

İlk üç dövrə - 2:2, 0:0, 1:4

16:00. "Sumqayıt” – "Qəbələ” - 2:1

Qol: Amil Yunanov, 27. Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. Şəhər stadionu

İlk üç dövrə - 0:2, 2:2, 1:1

16:00. AZAL – "Zirə” - 0:3

Qol: Elvin Məmmədov, 34. Milan Duriç, 54. Təmkin Xəlilzadə, 83-penalti ilə

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"AZAL Arena”

İlk üç dövrə - 1:3, 1:1, 1:2

Son xəbərlər

Orphus sistemi