"Zirə" - "İnter" qarşılaşması heç-heçə başa çatıb

"Zirə" - "İnter" qarşılaşması heç-heçə başa çatıb "İnter" xal ehtiyatını 24-ya çatdıraraq 3-cü pillədə möhkəmlənib
Futbol
28 Noyabr , 2016 18:59
Zirə - İnter qarşılaşması heç-heçə başa çatıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, günün yeganə oyununda "Zirə" "İnter"i qəbul edib.

Zirə Olimpiya Stadionunda keçirilən qarşılaşmadan öncə mərhum futbolçu Şəhriyar Xəlilovun xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Bundan sonra komandalar oyuna başlayıb. İlk hissədə komandalar qarşılıqlı hücumlarla yadda qalıblar. Oyunun əvvəllərində meydan sahibləri fərqlənsə də, matçın baş hakimi oyundankənar vəziyyət olduğu üçün qolu qeydə almayıb. İlk hissədə komandaların fərqlənmək istəyi boşa çıxıb və hesab açılmayıb.

İkinci hissəyə isə qonaqlar daha aktiv başlayıb. Oyunun 48-ci dəqiqəsində Ruslan Abışov topu qapıya göndərib - 1:0. 66-cı dəqiqədə isə Adrian Skarlatake kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Qalan dəqiqələrdə "bankirlər" 10 nəfərlə mübarizə aparıb.

Lakin meydan sahibləri bu hesabla barışmayıb. Krneta oyuna əlavə olunmuş dəqiqələrin sonlarında hesabı bərabərləşdirib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Bu görüşdən sonra "İnter" xal ehtiyatını 24-ya çatdıraraq 3-cü pillədə möhkəmlənib. "Zirə" isə 15 xalla "Kəpəz"lə 4 və 5-ci pillələri bölüşür.

Son xəbərlər

Orphus sistemi