"Zirə" klubu "Frayburq"un sabiq hücumçusunu transfer edib

"Zirə" klubu "Frayburq"un sabiq hücumçusunu transfer edib İyirmi altı yaşlı legonerlə ilyarımlıq müqavilə imzalanıb
Futbol
30 Yanvar , 2017 20:45
Zirə klubu Frayburqun sabiq hücumçusunu transfer edib

Bakı 30 yanvar. REPORT.AZ/ Bakının "Zirə” futbol klubu qış "transfer pəncərəsi"ndə daha bir futbolçu ilə müqavilə imzalayıb. 

"Report"un məlumatına görə, komanda hücum xəttini gücləndirmək məqsədi ilə fransalı Ben Sanqare heyətə cəlb olunub. İyirmi altı yaşlı legonerlə ilyarımlıq müqavilə imzalanıb. 

"Nansi”nin yetirməsi olan Ben Sanqare yeniyetmə yaşlarında Almaniyanın "Frayburq” klubunun ikinci komandasında çıxış edib. Bundan sonra yenidən Fransaya qayıdan Seneqal əsilli hücumçu aşağı liqa klublarında forma geyinib.

Son xəbərlər

Orphus sistemi