​"Zirə" Bakıda 3 yoxlama oyunu keçirəcək

​"Zirə" Bakıda 3 yoxlama oyunu keçirəcək İlk rəqib "Qarabağ" klubudur
Futbol
4 İyul , 2016 17:03
​Zirə Bakıda 3 yoxlama oyunu keçirəcək

Bakı. 4 iyul. REPORT.AZ/ İyunun 22-dən təlim-məşq toplanışına start verən "Zirə" klubu hazırlığın ilk mərhələsində qüvvəsini üç yoxlama oyununda sınayacaq.

"Report" klub saytına istinadən xəbər verir ki, indiyə qədər futbolçuları ikitərəfli oyunda sınaqdan keçirən baş məşqçi Adil Şükürov sabahdan yoxlama görüşlərində komandanı meydana çıxaracaq.

Komanda sabah "Qarabağ"la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Qartallar" hazırlığın bu mərhələsində daha iki yoxlama oyununda meydana çıxacaq. Adil Şükürovun komandası iyulun 10-da Sumqayıtda şəhərin eyniadlı klubu ilə, 14-də isə ADBTİA-nın stadionunda AZAL-la üz-üzə gələcək.

"Zirə" AZAL-la oyundan sonra Bakıdakı təlim-məşq toplanışını başa vuracaq. İyulun 16-da start götürəcək hazırlığın növbəti mərhələsi Türkiyədə keçirəcək və 30-dək davam edəcək toplanışda "qartallar" 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi