Yuxarı

​"Zirə" 5 yoxlama görüşü keçirəcək

Komanda iyulun 16-da Türkiyəyə yola düşəcək

Bakı. 10 iyun. REPORT.AZ/ "Zirə" futbol klubunun yeni mövsümə hazırlıq planı məlum olub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qartallar" iyunun 20-də bir araya gələcək.

Əvvəlcə komanda üzvləri, iki günlük tibbi müayinədən keçəcəklər. Məşqlərə iyunun 22-də start veriləcək. Baş məşqçi Adil Şükürovun rəhbərliyi altında hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Komanda iyulun 16-dək ölkə daxilində məşq edəcək. Bu müddətdə "Zirə" iki yoxlama oyununda da qüvvəsini sınayacaq.

İyulun 16-da "Zirə" təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Boluda təşkil olunacaq hazırlıq zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Komanda Türkiyə toplanışını iyulun 30-da başa vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi