“Zirə” 3 futbolçu ilə yollarını ayırıb

“Zirə” 3 futbolçu ilə yollarını ayırıb Bu barədə baş məşqçi müvafiq qərar qəbul edib
Futbol
2 May , 2017 20:33
“Zirə” 3 futbolçu ilə yollarını ayırıb

Bakı. 2 may. REPORT.AZ/ “Zirə” komandası 3 futbolçu ilə yollarını ayırıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bu barədə baş məşqçi Ayxan Abbasov müvafiq qərar qəbul edib. 

Belə ki, anlaşması başa çatan Tural Cəlilov və Yamin Ağakərimzadə ilə yanaşı, icarə müddəti bitən Migel Lorensoya yeni müqavilə təklif olunmayıb. 

Qeyd edək ki, “Zirə” Premyer Liqada dördüncü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi