Zinəddin Zidan "Real Madrid"ə 6 tələbinin yerinə yetirilməsi şərti ilə qayıdıb

Zinəddin Zidan "Real Madrid"ə 6 tələbinin yerinə yetirilməsi şərti ilə qayıdıb Zidan Perezin altı tələbini yerinə yetirməsi şərti ilə Real Madridə qayıdıb
Futbol
12 Mart , 2019 17:21
Zinəddin Zidan Real Madridə 6 tələbinin yerinə yetirilməsi şərti ilə qayıdıb

Zinəddin Zidan İspaniya "Real Madrid"inin baş məşqçi postuna 6 şərtinin yerinə yetirilməsi şərti ilə qayıdıb. 

"Report" "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 47 yaşlı mütəxəssislə danışıqlar apararkən tələbləri yerinə yetirəcəyini vəd edib.

Fransalı baş məşqçi komanda üzərində tam nəzarətin onun əlində olmasını və lazım olmayan oyunçuların satılmasını istəyib. Zidan həmçinin Marseloİskonun komandada saxlanılması, Neymarın satın alınmaması, icarə əsasında Almaniya "Bavariya"sında çıxış edən Xames Rodrigesin geri qaytarılmaması və son olaraq Fransa PSJ-sindən Kilian Mbappenin komandaya cəlb edilməsini tələb edib.

Qeyd edək ki, "Real Madrid" martın 11-də Zinəddin Zidanın yenidən komandanın baş məşqçisi olduğunu açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi