​Zidanın köməkçilərindən biri müəyyənləşib

​Zidanın köməkçilərindən biri müəyyənləşib Digər köməkçiləri rəhbərlik təyin edəcək
Futbol
5 Yanvar , 2016 15:47
​Zidanın köməkçilərindən biri müəyyənləşib

Bakı. 5 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyin olunan Zinəddin Zidanın ilk köməkçisi müəyyənləşib. "Report"un "AS"a istinadən verdiyi məlumata görə, bu, fransalının "Kastilya"da birgə çalışdığı David Bettonidir.

Nəşrin iddiasına əsasən, klub prezidenti Florentino Peres Zidana etibar edəcəyi adamı köməkçi götürməyi tapşırıb. 43 yaşlı mütəxəssisin isə seçimi Bettoni olub. Digər köməkçiləri isə rəhbərlik təyin edəcək.

Qeyd edək ki, Zidan və Bettoni "Kastilya"da birgə çalışmaqdan əlavə, 1990-cı ildə Almaniyanın "Kann" klubunda forma geyiniblər.

Son xəbərlər

Orphus sistemi