Zidan: "Real" iki xal itirdi və bu, iyrənc oyun idi"

Zidan: "Real" iki xal itirdi və bu, iyrənc oyun idi" "Mən həmişə deyəcəyəm ki, Primeroda hələ heç nə bitməyib"
Futbol
4 Fevral , 2018 10:47
Zidan: Real iki xal itirdi və bu, iyrənc oyun idi

Bakı. 4 fevral. REPORT.AZ/ İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan ölkə çempionatının 22-ci turunda "Levante" ilə keçirilən oyunun heç-heçə bitməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, Madrid komandası qələbəni 89-cu dəqiqədə əldən verərək 2:2-lik bərabərliyə razılaşıb.

"Biz oyuna nəzarət edirdik, xüsusilə də, birinci hissədə. İkinci hissədə ikinci qolu vurduq və qələbəyə aparan nəticəni qoruyub saxlamalı idik, lakin bunu etmədik və iki xal itirdik. Bu o deməkdir ki, biz daha çox işləməliyik, lakin bütün bunlar məni narahat edir. Rəqibin qapıya yaxınlaşmaq üçün 4 fürsəti oldu və onlardan ikisini istifadə etdi.

Mən həmişə deyəcəyəm ki, Primeroda hələ heç nə bitməyib. Hələ çox xallar oynanılacaq, biz oyuna nəzarət etdiyimiz halda, iki xal itirdik. Ardıcıl üçüncü qələbəni qazanmalı idik, amma bu alınmadı. Bu oyunu bir sözlə necə ifadə edə bilərəm? İyrənc", - deyə "Marca" qəzeti mütəxəssisin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi