Yuxarı

​Zidan: "Benzema və Beyla istirahət veririk, Ronaldonun buna ehtiyacı yoxdur"

O, yaxşı oynayır və biz onun əvəzlənməsi üçün səbəb görmürük

Bakı. 17 aprel. REPORT.AZ/ İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan qeyd edib ki, heyətin rotasiyası zamanı o, lider Kriştiano Ronaldonu əvəzləməyi planlaşdırmır.

"Report"un məlumatına görə, müxətəssis hesab edir ki, portuqaliyalı futbolçunun oyunların gedişində əvəzlənməyə ehtiyacı yoxdur və fiziki durumu ona çox sayda matç keçirməyə imkan verir.

"Biz vaxtaşırı Benzema və Beyla istirahət veririk, amma Ronaldoya yox. O, yaxşı oynayır və biz onun əvəzlənməsi üçün səbəb görmürük. Gücü və hazırkı durumu onun karına yetir", - deyə AS nəşri Zidanın sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi