Zaur Svanadze: “Mladost” asan keçiləsi komanda ola bilməz" - MÜSAHİBƏ

Zaur Svanadze: “Mladost” asan keçiləsi komanda ola bilməz" - MÜSAHİBƏ "Sebiya futbol ölkəsidir, bu, çox şeydən xəbər verir"
Futbol
20 İyun , 2017 12:23
Zaur Svanadze:  “Mladost” asan keçiləsi komanda ola bilməz - MÜSAHİBƏ

Bakı. 20 iyun. REPORT.AZ/ Bakının “İnter” futbol komandasının baş məşqçisi Zaur Svanadzenin “Report”a müsahibəsi:


- Dünən Türkiyə toplanışını başa vuraraq, Bakıya döndünüz. Hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Toplanışı müsbət qiymətləndirirəm. Avropa Liqasının təsnifat mərhələsinin oyunları ərəfəsində yaxşı hazırlıq keçdik. Məşqlərimizi Bakıda davam etdirəcəyik.

- Hazırda hansı çatışmazlıqlar var?

- Çatışmazlıqlar həmişə olur, bunun üzərində işləyirik. Planımızı daha yaxşı olmaq üzərində qurmuşuq. Heyətdə yalnız bir zədəli futbolçu var – Qara Qarayev. Digərlərinin durumu qənaətbəxşdir.

- Püşkatmanın nəticələrinə əsasən, “İnter” Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” komandası ilə qarşılaşacaq. Rəqib barədə nə deyə bilərsiniz?

- Sebiya futbol ölkəsidir. Bu, çox şeydən xəbər verir. “Mladost” asan keçiləsi bir komanda ola bilməz. Püşkdən sonra köməkçim rəqib barədə məlumat toplamağa başlayıb. Onları incələyib, analiz aparacağıq. Nə etmək olar? Bu çətin tapşırığın öhdəsindən gəlməyə çalışacağıq.

- Şansları necə qiymətləndirirsiniz?

- Hər iki komandanın növbəti mərhələyə keçmək şansının eyni olduğunu düşünürəm.

- Püşkatma zamanı “İnter”in 5 potensial rəqibindən biri yetirməsi olduğunuz Kutaisi “Torpedo”su idi...

- Bəli, bu komandan ilə düşmək maraqlı olardı. Axı, Kutaisidə doğulmuşam, bu komandanın yetirməsiyəm. Lakin püşk bizə serbləri rəqib etdi, onlar barədə düşünməliyik.

- “Mladost”la ilk oyunun səfərdə olması “İnter” üçün üstünlükdür?

- Razıyam, müəyyən mənada üstünlük verir, lakin həlledici amil deyil.

- Avropa Liqası üçün iştirak ərizəsinə əvəzedici komandadan futbolçu daxil edəcəksiniz?

- Bəli, Cabir Əmirli və Murad Qayalını götürəcəyik. Birincisi sağ cinah, digəri mərkəz müdafiəçisidir. Hər ikisi yaxşı oyunçulardır. 

Son xəbərlər

Orphus sistemi