Yuxarı

​Zaqatalanın “Simurq” futbol klubu belçikalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb

Futbolçu mövsümün sonunadək Zaqatala komandasında oynayacaq

Bakı. 17dekabr. REPORT.AZ/ Zaqatalanın “Simurq” futbol klubu belçikalı yarımmüdafiəçisi Benjamin Lambot ilə yeni müqavilə imzalayıb.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu mövsümün sonunadək Zaqatala komandasında oynayacaq.

Ötən mövsüm qış fasiləsində “Simurq”un heyətinə cəlb olunan B.Lambot Topaz Premyer Liqasında 30 oyunda meydançaya çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi