“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi BƏƏ yığmasına rəhbərlik edəcək

“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi BƏƏ yığmasına rəhbərlik edəcək Alberto Zakkeroni ilə müqavilənin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub
Futbol
17 Oktyabr , 2017 12:26
“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi BƏƏ yığmasına rəhbərlik edəcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının yeni baş məşqçisi müəyyənləşib. 

“Report” xəbər verir ki, bu posta italiyalı Alberto Zakkeroni təyin olunub.

64 yaşlı italiyalı mütəxəssis BƏƏ millisi ilə mundiala vəsiqə qazana bilməyən argentinalı Edqardo Bausanı əvəzləyib. Zakkeroni ilə müqavilənin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Alberto Zakkeroninin son iş yeri Çinin “Beytszin Qoan” komandası olub. O, daha əvvəl vətənində “Yuventus”, “Milan”, “Latsio” və “İnter” kimi kollektivlərin baş məşqçisi vəzifəsində çalışıb. Təcrübəli mütəxəssis 1998/1999 mövsümündə “Milan”la İtaliya çempionu olub.

Son xəbərlər

Orphus sistemi