Yuxarı
    Bağlamaq

    "Yuventus"un əfsanəvi futbolçusu klubun Çempionlar Liqasındakı çıxışını qiymətləndirib

    Cavab görüşünü qələbə ilə başa vurmalıyıq

    Bakı. 11 mart. REPORT.AZ/ Bakıda səfərdə olan İtaliya "Yuventus"unun əfsanəvi futbolçusu David Trezege Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb. "Report"un məlumatına görə, Trezege sevimli komandasının məqsədinin aydın olduğunu bildirib.

    O deyib: "Rəqib ciddi komandadır. Güclü futbolçuları var. Sonadək öz mübarizəmizi davam etdirməli və cavab görüşünü qələbə ilə başa vurmalıyıq".

    Trezege son anda əldən çıxan Çempionlar Liqası kubokunu bu il qazanmağı çox istədiklərini də əlavə edib.

    Qeyd edək ki, "Yuventus"la "Bavariya" arasında İtaliyadakı ilk görüşdə qalib müəyyənləşməyib. Cavab görüşü gələn həftə olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi