"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir

"Yuventus"un qapıçısını meydandan qovan hakim təhdid edilir Bakı. 15 aprel. REPORT.AZ/ Çempionlar Liqasının İtaliyanın Yuventus klubu ilə İspaniya Real Madridi arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.
Futbol
15 Aprel , 2018 08:25
Yuventusun qapıçısını meydandan qovan hakim təhdid edilir

Bakı. 15 aprel. REPORT.AZ/ Çempionlar Liqasının İtaliyanın "Yuventus" klubu ilə İspaniya "Real Madrid"i arasında 1/4 final mərhələsinin cavab görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilir.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Twitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Twitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.

Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Maykl Oliver İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.

Son xəbərlər

Orphus sistemi