Yuxarı

"Yuventus"un futbolçusu əməliyyat olunacağı üçün mövsümü başa vurub

"Yuventus"un futbolçusu əməliyyat olunacağı üçün mövsümü başa vurub

İtaliyanın "Yuventus" klubunun futbolçusu Sami Xedira yenidən əməliyyat olunacaq.

"Report" xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" hesabından məlumat verib.

O, bunun üçün mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.

Xedira bildirib ki, 4 aylıq diz ağrısından sonra tam bərpa olunmaq üçün əməliyyat keçirmək qərarına gəlib: "Əməliyyat növbəti iki həftə ərzində planlaşdırılır. Hazırda 100 faiz hazır olaraq geri qayıtmaq üçün yeni mövsümü səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Sami Xedira bu mövsüm bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib və 2 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi