"Yuventus" Ronaldunun futbolkasının satışından 6,5 milyon avro qazanıb

"Yuventus" Ronaldunun futbolkasının satışından 6,5 milyon avro qazanıb Futbolkaların növbəti partiyası sentyabrda satışa çıxarılacaq
Futbol
5 Avqust , 2018 19:21
Yuventus Ronaldunun futbolkasının satışından 6,5 milyon avro qazanıb

Bakı. 5 avqust. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu komandanın yeni ulduz futbolçusu Kriştiano Ronaldunun futbolkalarının satışından 6,5 milyon avro gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə kluba istinadən "Tuttosport" nəşri məlumat yayıb.

Bildirilir ki, iyulun 10-dan avqustun 5-dək "Yuventus" portuqaliyalının 55 min futbolkasını satıb.

Bununla belə, məşhur futbolçunun adı yazılan növbəti futbolka partiyası satışa sentyabrın sonlarında çıxarılacaq.

Ronaldu "Real"dan "Yuventus"a iyul ayında 117 mln. avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi