"Yuventus" "Milan"ı məğlub edərək, çempionluğa daha da yaxınlaşıb - VİDEO

"Yuventus" "Milan"ı məğlub edərək, çempionluğa daha da yaxınlaşıb - VİDEO Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü Yuventus və Milan komandaları arasında keçirilib.
Futbol
7 Aprel , 2019 01:56
Yuventus Milanı məğlub edərək, çempionluğa daha da yaxınlaşıb - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü "Yuventus""Milan" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Turindəki "Alyans Stadium"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1. İlk qolu qonaq komandadan Kşiştof Pyontek 39-cu dəqiqədə vurub. "Yuventus" fasilədən sonra üstünlüyü ələ alıb. 60-cı dəqiqədə Paulo Dibala penaltini dəqiq yerinə yetirib. 84-cü dəqiqədə isə Moyze Ken son nəticəni müəyyənləşdirib.

Bununla da "Yuventus" xallarını 84-ə çatdıraraq, çempionluğa doğru xeyli yaxınlaşıb. "Milan" isə 52 xalla dördüncü pillədə yer alıb. İkinci pillədəki "Napoli" 63, üçüncü yerdə gedən "İnter" 56 xala malikdir. Lakin onların hələ ehtiyatda bir oyunu var.

Son xəbərlər

Orphus sistemi