"Yuventus" klubu türk əsilli futbolçunu transfer edib

"Yuventus" klubu türk əsilli futbolçunu transfer edib Bakı. 21 iyun. REPORT.AZ/ İtaliyanın Yuventus klubu İngiltərə Liverpulunun futbolçusu Emre Canı heyətinə qatıb.
Futbol
21 İyun , 2018 13:16
Yuventus klubu türk əsilli futbolçunu transfer edib

Bakı. 21 iyun. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu İngiltərə "Liverpul"unun futbolçusu Emre Canı heyətinə qatıb. 

"Report" klubun rəsmi "twitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıb. O, tibbi müayinədən keçdikdən sonra "Yuventus"la rəsmi müqavilə imzalayacaq. 

Qeyd edək ki, Emre Can 2014-cü ildən "Liverpul"da çıxış edib. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib. 

Son xəbərlər

Orphus sistemi