Bakı. 6 iyul. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu futbolçusu Alvaro Morata ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, Morata bundan sonra İspaniya "Real Madrid"inin uğurları üçün çalışacaq.
Transfer 22 yaşlı futbolçunun Turin təmsilçisi ilə olan müqavilə şərtlərinə əsasən həyata keçirilib. 2014-cü ildə elə Madrid təmsilçisindən "Yuventus"a keçən Moratanın müqaviləsində geri alma maddəsi də yer alıb.
Qeyd edək ki, Morata "Yuventus" forması ilə 47 oyuna çıxıb və 12 qol vurub.