Yuxarı

​Yuri Syomin: "Məşqçilik karyeramı bərpa etmək istəyirəm"

Baş Rusiyalı mütəxəssis hansı klubla danışıq apardığını açıqlamayıb

Bakı. 20 may. REPORT.AZ/ "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin yenidən bu işlə məşğul olacağına dair açıqlamalar verib. "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, mütəxəssis hansı klublarla danışıq apardığını açıqlamayıb.

O, müqavilə imzalamazdan əvvəl heç bir şayəni cavablandırmayacağını deyib: "Müqavilədən əvvəl heç bir məsələni şərh edə bilmərəm. Yeni mövsümdən məşqçilik karyeramı bərpa etmək istəyirəm. Yalnız bunu deyə bilərəm".

69 yaşlı baş məşqçinin sonuncu iş yeri "Anki" klubu olub. 2015-ci ilin yayında komandaya baş məşqçi təyin olunan Y.Syomin mövsümün 10-cu turunda uğursuz nəticə səbəbindən komandadan ayrılıb.

Qeyd edək ki, Y.Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi