Yuxarı
    Bağlamaq

    Yuri Syomin: "Azarkeş dəstəyindən narazı idim"

    Rusiyalı mütəxəssis istefasının səbəbini açıqlayıb

    Bakı. 2 noyabr. REPORT.AZ/ Yuri Syomin Rusiyanın "Anji" komandasının baş məşqçi postundan istefasının səbəbini açıqlayıb. "Report"un məlumatına görə, təcrübəli mütəxəssis "Naş futbol"a açıqlamasında qərarı özünün qəbul etdiyini bildirib.

    O, "Anji"nin ev oyununda azarkeşlərin lazımi səviyyədə dəstək verməməsini bəyənmədiyini söyləyib: "Azarkeşlər istənilən situasiyada komanda ilə birgə olmalıdırlar. Onlar Rusiya Premyer Liqasının ötən turunda "Rubin"lə qarşılaşmada da xüsusi dəstək vermədilər. Uşaqlar bir qədər özlərini itirdilər. Tərəfdarlar özlərininkinə dəstək verməlidirlər, digər komandaya azarkeşlik etməməlidirlər".

    Qeyd edək ki, Yuri Syomin sentyabrın sonlarında "Anji"nin baş məşqçi postundan istefa verib. O, 2013-cü ili mayın 7-dən 2014-cü il mayın 23-dək "Qəbələ"yə rəhbərlik edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi