Yunus Mallı: "Qəbələ"nin heyətində təhlükəli futbolçular var"

Yunus Mallı: "Qəbələ"nin heyətində təhlükəli futbolçular var" "Bu, "Maynts" üçün yeni təcrübədir"
Futbol
28 Sentyabr , 2016 20:37
Yunus Mallı: Qəbələnin heyətində təhlükəli futbolçular var

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Burada olduğumuza sevinirik. Bu, "Maynts" üçün yeni təcrübədir. Biz hazırıq. Çətin olacaq, rəqib öz liqasında gözəl çıxış edir. Ancaq Avropa Liqası başqadır. Ola bilər ki, sabahkı oyunda topa nəzarət edən tərəf biz olaq. Müdafiəyə diqqət edərək üç xal qazanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu Almaniyanın "Maynts" klubunun futbolçusu Yunus Mallı Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Türkiyəli futbolçu qarşıdakı oyunun qrupun taleyi baxımından əhəmiyyətindən danışıb: "Qələbə yaxşı olardı. Ancaq qələbə olmasa da, bu, dünyanın axırı deyil. Çünki "Qəbələ" ilə oyundan sonra 4 oyun var. Rəqibdə bəzi təhlükəli oyunçular var. Bu gün bir daha rəqibi analiz edəcəyik. Ancaq ilk növbədə öz oyunumuz haqda düşünməliyik".

Son xəbərlər

Orphus sistemi