Yuxarı
    Bağlamaq

    Yunanıstanlı sərbəst güləşçi Rusiyada maşın qaçırdığı üçün saxlanılıb

    Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir

    Bakı. 15 aprel. REPORT.AZ/ Yunanıstan milli komandasının sərbəst güləşçisi Georgios Papadopulos Rusiyanın Moskva vilayətində avtomobil qaçırdığı üçün saxlanılıb.

    "Report"un xəbərinə görə, bu barədə TASS-a polisdəki mənbə məlumat verib. O deyib ki, Papadopulos elit avtomobil qaçırmaqda şübhəli bilinir. 31 yaşlı idmançı hazırladığı maşın açarları ilə indiyədək onlarla avtomobil qaçırıb.

    Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir.

    Qeyd edək ki, 31 yaşlı Georgios Papadopulos Rusiya güləşçiləri ilə birgə məşqlər etmək üçün Moskvaya gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi