Yuli Şamet: "Qarabağ"ın ötənilki səviyyədə olmadığı hiss olunur"

Yuli Şamet: "Qarabağ"ın ötənilki səviyyədə olmadığı hiss olunur" Bakı. 31 iyul. REPORT.AZ/ Bizi çətin qarşılaşma gözləyir. İlk matçda yaxşı nəticə qazandığımızı düşünürəm. Cavab görüşündə də əlimizdən gələni edəcəyik.
Futbol
31 İyul , 2018 20:56
Yuli Şamet: Qarabağın ötənilki səviyyədə olmadığı hiss olunur

Bakı. 31 iyul. REPORT.AZ/ "Bizi çətin qarşılaşma gözləyir. İlk matçda yaxşı nəticə qazandığımızı düşünürəm. Cavab görüşündə də əlimizdən gələni edəcəyik".

"Report" xəbər verir ki, bunu Albaniyanın “Kukesi” komandasının kapitanı Yuli Şamet Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl deyib.

O bildirib ki, ötən mövsümlə müqayisədə "Qarabağ" zəifləyib: "Qarabağ"ın ötənilki səviyyədə olmadığı hiss olunur. İki əsas oyunçusu gedib. Komandanın hansısa futbolçusunu fərqləndirməzdim".

Son xəbərlər

Orphus sistemi