​Yozef Blatter: "Boykotlar nəticə vermir"

​Yozef Blatter: "Boykotlar nəticə vermir" FİFA prezidenti UEFA-nın konqresində iştirak edib
Futbol
24 Mart , 2015 15:59
​Yozef Blatter: Boykotlar nəticə vermir

Bakı. 24 mart. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter UEFA-nın bugünkü konqresində çıxış edərək Rusiya və Qətərdə keçiriləcək Dünya çempionatından danışıb. "Report"un məlumatına görə, ali futbol qurumunun rəhbəri 2018 və 2022-ci ildə baş tutacaq mundialı heçə saymaq haqda fikirləşməyin lazımsız olduğunu bildirib.

Y.Blatter idman yarışlarının siyasətə qarışmadığını deyib: "Dünya çempionatını boykot etmək lazım deyil. çünki idman heç vaxt siyasətə qarışmamalıdır və hər kəsi özündə birləşdirməlidir. İdmanın əsas mahiyyəti siyasət yox, insan hüquqlarıdır. Futbolda birlik olmalıdır. Belə olan halda boykotlar nəticə vermir".

Dünya çempionatı 2018-ci ildə Rusiyada, 4 il sonra isə Qətərdə keçiriləcək.

Qeyd edək ki, UEFA-nın XXXIX növbəti Konqresi Avstriyanın Vyana şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi