​"Young Boys"un baş məşqçisi: Oyunun əvvəlində qələbənin əldən getdiyini anladım

​"Young Boys"un baş məşqçisi: Oyunun əvvəlində qələbənin əldən getdiyini anladım ""Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm"
Futbol
28 Avqust , 2015 03:37
​Young Boysun baş məşqçisi: Oyunun əvvəlində qələbənin əldən getdiyini anladım

Bakı. 28 Avqust. REPORT.AZ/ "Əvvəla "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk dəqiqələrindən azlıqda qaldıq. Bu vaxt artıq qələbənin əldən getdiyini anladım".

"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasının "play-off" mərhələsində "Qarabağ"a məğlub olan İsveçrə "Young Boys"unun baş məşqçisi Harld Hamperle bildirib.

Stadionun ot örtüyü ilə bağlı sualı cavablandıran mütəxəssis, hər iki tərəfin eyni meydanda oynadığını və ona görə də, bunun onlara daha çox təsir etdiyi düşünmədiyini bildirib.

Harld Hamperle, həmçinin "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo ilə bağlı sualı da cavablandırıb:

"Oyundan öncə də demişdim. Reynaldo yaxşı oyunçudur, amma biz onunla maraqlanmırıq".

Son xəbərlər

Orphus sistemi