Yuxarı

Yoahim Löv: "Azərbaycan millisi seçmə mərhələdə heç vaxt oynamadığı qədər yaxşı çıxış edir"

Yoahim Löv: "Azərbaycan millisi seçmə mərhələdə heç vaxt oynamadığı qədər yaxşı çıxış edir"
Qələbə və quru seriyamızı bazar günü də davam etdirəcəyimizə tam əminəm

Bakı. 23 mart. REPORT.AZ/ "Qələbə və "quru" seriyamızı bazar günü də davam etdirəcəyimizə tam əminəm". "Report"un məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Seçmə tsikldəki ardıcıl 4 qələbə sayəsində rəqib qapılarından 16 cavabsız top keçirən Bundestim ötən gün yoldaşlıq görüşündə İngiltərəni də yenib - 1:0. Löv bildirib ki, hazırda Azərbaycan millisi seçmə mərhələdə heç vaxt oynamadığı qədər yaxşı çıxış edir. O, matçın asan keçməyəcəyini vurğulayıb. 57 yaşlı mütəxəssis C qrupunda 7 xalla 3-cü pillədə olan komandanın sürprizə qadir olduğuna dair xəbərdarlıq edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi