Yuxarı

Yaponiya millisinin kapitanı yığmadakı karyerasını başa vurub

Yaponiya millisinin kapitanı yığmadakı karyerasını başa vurub

Bakı. 3 iyul. REPORT.AZ/ Futbol üzrə Yaponiya yığma komandasının kapitanı Makoto Hasebe millidəki karyerasını başa vurub. 

"Report" xəbər verir ki, Almaniyanın "Ayntraxt" klubunda çıxış edən 34 yaşlı futbolçu bu barədə şəxsi "İnstagram" hesabından paylaşım edib. 

Maoto Hasebe 2006-cı ildən Yaponiya yığmasında çıxış edib. O, millinin heyətində 2010, 2014 və 2018 dünya çempionatlarında iştirak edib. 

Qeyd edək ki, Yaponiya DÇ-2018-in 1/8 finalında Belçikaya 3:2 hesabı ilə məğlub olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi