"Yagelloniya"nın baş məşqçisi: "Hər şey cavab oyununda həll olunacaq"

"Yagelloniya"nın baş məşqçisi: "Hər şey cavab oyununda həll olunacaq" "Şanslar hələ də 50-50-yədir"
Futbol
13 İyul , 2017 23:48
Yagelloniyanın baş məşqçisi: Hər şey cavab oyununda həll olunacaq

Bakı. 13 iyul. REPORT.AZ/ "Çox çətin oyun oldu. Son dəqiqələrdə qələbə topunu da vura bilərdik. Oyunçularım bu gün bütün güclərini ortaya qoydular".

"Report"un məlumatına görə, bunu Polşa "Yagelloniya"sının baş məşqçisi İreniuş Mamrot Bakıda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, cavab görüşünün çox çətin olacağını bildirib:

"Matçdan öncə də demişdim ki, hər şey cavab oyununda həll olunacaq. Çempionatda da oyunumuz var. Buna görə, bizim üçün çətin olacaq. Bu oyundan öncə dediyim kimi, şanslar hələ də 50-50-yədir. "Qəbələ” hücumda yaxşı təsir bağışlayır. Buna görə, məncə, şanslar hələ də bərabərdir".

47 yaşlı mütəxəssis almaniyalı referi Marko Fritsin idarəçiliyini də dəyərləndirib:

"Hakimlər barədə danışmaq, onları qiymətləndirmək istəmirəm. Ancaq iki epizodun təkrarına baxmaq istərdim. Bunlardan hər ikisi cərimə meydançasında olan qayda pozuntusu idi. Məncə, orda penalti var idi. Ancaq təkrarına baxmaq lazımdır. Bu iki epizod mənim üçün doğrudan da maraqlı idi".

Qeyd edək ki, cavab görüşü iyulun 20-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi