Xosep Qvardiolanın "Mançester Siti"si ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib

Xosep Qvardiolanın "Mançester Siti"si ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib Bakı. 5 aprel. REPORT.AZ/ İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiolanın dönəmində ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib.
Futbol
5 Aprel , 2018 11:16
Xosep Qvardiolanın Mançester Sitisi ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib

Bakı. 5 aprel. REPORT.AZ/ İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiolanın dönəmində ilk dəfə bir matçda çərçivəyə zərbə vura bilməyib.

“Report” xəbər verir ki, “şəhərlilər” bu anti-rekorda Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin ilk oyununda İngiltərənin digər təmsilçisi “Liverpul”a 0:3 hesabı ilə uduzduqları görüşdə imza atıblar.

Bunadək “Mançester Siti” cari mövsümdə ÇL-də orta hesabla 5,6, İngiltərə Premyer Liqasında isə 7,2 dəfə çərçivəyə zərbə vurub.

“Liverpul” isə ÇL-in cari mövsümündə ən məhsuldar komandadır. Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv hər görüşdə orta hesabla 3,44 qol vurub. Fransanın PSJ komandasında bu göstərici 3,38, İspaniya “Real Madrid”ində isə 2,78-dir.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı il iyulun 1-dən “Mançester Siti”yə rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi