Yuxarı

Xosep Qvardiola gələn ilin yayından "Mançester Siti"yə rəhbərlik edəcək

44 yaşlı mütəxəssis Bavariyadan ayrılır

Bakı. 27 iyul. REPORT.AZ/ Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola İngiltərənin "Mançester Siti" futbol komandasına rəhbərlik etməyə razılıq verib. "Report"un "beinsports"a istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssislə anlaşma 2016-cı ilin yayından qüvvəyə minəcək. 

Onun hazırkı müqaviləsi məhz həmin vaxt başa çatacaq. 

Qeyd edək ki, Xosep Qvardiola "Bavariya"ya 2013-cü ildən rəhbərlik edir. Münhen komandası onun rəhbərliyi altında Almaniya çempionluğu, ölkə kuboku, Avropa Super Kuboku və klublararası dünya çempionluğu qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi