Xorvatiyalı futbolçu: "Yurçeviçin bir planının olduğuna şübhə etmirəm"

Xorvatiyalı futbolçu: "Yurçeviçin bir planının olduğuna şübhə etmirəm" “Müasir futbolda hər kəs qələbə əzmi ilə oynamaqla nəsə əldə etməyin mümkün olduğunu düşünür. Ehtimalı ki, Yurçeviçin Azərbaycan yığmasına izah etməli çox məlumatı var”.
Futbol
18 Mart , 2019 14:04
Xorvatiyalı futbolçu: Yurçeviçin bir planının olduğuna şübhə etmirəm

“Müasir futbolda hər kəs qələbə əzmi ilə oynamaqla nəsə əldə etməyin mümkün olduğunu düşünür. Ehtimalı ki, Yurçeviçin Azərbaycan yığmasına izah etməli çox məlumatı var”.

“Report” xəbər verir ki, bunu Xorvatiya yığmasının qapıçısı Lovre Kaliniç “Jutarnji List”ə müsahibəsində AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

İngiltərənin “Aston Villa” klubunun formasını geyinən 29 yaşlı futbolçu Azərbaycan komandasına rəhbərlik edən həmyerlisi Nikola Yurçeviçi şəxsən tanıdığını söyləyib: “Onu şəxsən tanıyıram və görəndə salamlaşıram. Yurçeviçin maksimum nəticə qazanmaq üçün bir planının olduğuna şübhə etmirəm. Azərbaycan bizə qalib gəlmək istəyir. Ancaq biz heç kimdən qorxmuruq”.

Qeyd edək ki, martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi