Yuxarı

​Xorvatiya yığmasının baş məşqçisi istefaya göndərilib

Bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib. "Report"un məlumatına görə, bu barədə Xorvatiya Futbol Federasiyası xəbər yayıb.

İstefaya səbəb isə Xorvatiyanın uğurlu çıxış etməməsidir. Kovaçın başçılıq etdiyi komanda son iki oyunda cəmi bir xal qazanıb. Xorvatlar Bakıda Azərbaycanla görüşdən qolsuz bərabərliklə ayrıldıqdan sonra Norveçlə səfər oyununda meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Nəticədə komanda qrupda 3-cü pilləyə enib.

N.Kovaç istefa qərarından sonra ictimaiyyətə açıq məktub ünvanlayıb və yığma komandaya uğurlar arzulayaraq Xorvatiyanın azarkeşi olaraq qalacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi