Xorvatiya millisinin baş məşqçisi: "Qrupumuzda bizdən güclü komanda yoxdur"

Xorvatiya millisinin baş məşqçisi: "Qrupumuzda bizdən güclü komanda yoxdur" Bakı. 5 dekabr. REPORT.AZ/ “Püşkədən nə razı, nə də narazıyam. Hansı rəqib düşsə, biz ilk iki yeri tutacaq komandadan biri olmalıyıq. Hər şey yaxşıdır”.
Futbol
5 Dekabr , 2018 10:22
Xorvatiya millisinin baş məşqçisi: Qrupumuzda bizdən güclü komanda yoxdur

Bakı. 5 dekabr. REPORT.AZ/ “Püşkədən nə razı, nə də narazıyam. Hansı rəqib düşsə, biz ilk iki yeri tutacaq komandadan biri olmalıyıq. Hər şey yaxşıdır”.

“Report” xəbər verir ki, bunu 2020-ci il Avropa çempionatının seşmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç “Republika” portalına püşkü dəyərləndirərkən deyib. 52 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin qrupun ən güclü komandası olmasına diqqət çəkib: “Slovakya və Macarıstana daha asan səyahət edə bilərik. Lakin Uels və Azərbaycan da var. Qrupumuzda bizdən güclü komanda yoxdur. Biz isə dünya ikincisiyik. Ona görə də bütün rəqiblər bizə qarşı oynamaq və qalib gəlmək istəyirlər. Həmişə optimistəm. Əlbəttə, məqsəd AVRO-2020-yə vəsiqə qazanmalıyıq. Bu tapşırığın öhdəsindən gəlməliyik. Heç bir bəhanə ola bilməz”.

Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə gələn il martın 21-də səfərdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar. 

Son xəbərlər

Orphus sistemi