Yuxarı

​Xorvatiya millisi Bakıya azarkeşsiz gələcək

Bu barədə Xorvatiya Futbol Federasiyası qərar qəbul edib

Bakı. 22 avqust. REPORT.AZ/ AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Xorvatiya millisi Bakıya azarkeşsiz gələcək. "Report"un məlumatına görə, bu barədə Xorvatiya Futbol Federasiyası qərar qəbul edib.

Buna səbəb federasiyanın azarkeşlər səbəbindən sərt cəzalara məruz qalmasıdır. Xorvatiyanın İtaliya yığması ilə qarşılaşması zamanı meydançaya çəkilmiş faşizm işarəsi federasiyaya baha başa gəlib.

Nəticədə UEFA Xorvatiyanın bir xalını silib və 2 ev oyununu azarkeşsiz keçirmək qərarı qəbul edib. Bundan başqa, federasiya da 100 min avro dəyərində cərimələnib.

Qeyd edək ki, Azərbaycandan başqa, Norveç və Malta yığmaları ilə oyuna xorvat azarkeşlər aparılmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi