Yuxarı

Xorvatiya milli komandasının daha bir futbolçusu zədələnib

Xorvatiya milli komandasının Azərbaycan və Macarıstan yığmaları ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunlarından əvvəl daha bir futbolçusu zədələnib.

"Report"un məlumatına görə, Almaniyanın "Bayer" klubunda çıxış edən Tin Yedvay "Hannover"lə Bundesliqanın qarşılaşmada xəsarət alıb.

Onun durumuna bazar ertəsi aydınlıq gələcək. Bununla belə, baş məşqçi Zlatko Daliç sağ cinahdakı problemi həll etmək üçün Danimarka "Norşellann"ından Karol Bartoletsə dəvət göndərib. Bartolets əsas millidə ötən ilin oktyabrında İordaniya ilə yoldaşlıq görüşündə debüt edib. Bunadək isə o, gənclər yığmasında 10 oyun keçirib.

Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdəki "Maksimir", Macarıstanla isə martın 24-də Budapeştdəki "Groupama" stadionunda üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi