Yuxarı

​Xorvatiya futbol millisinin Azərbaycana gətiriləcək heyəti açıqlanıb

Heyətdə Real və Barselonalı futbolçuların adları da var

Bakı. 24 Avqust. REPORT.AZ/ Futbol üzrə Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç 2016-cı il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycan və Norveç yığmaları ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

"Report" xəbər verir ki, Kovaç qarşıdakı oyunlara 24 futbolçu çağırıb.

Qapıçılar: Daniel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Vargiç (“Riyeka”)

Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Şime Vrsalko (“Sassuolo”, İtaliya), Marko Leskoviç (“Riyeka”), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Domaqoy Vida (“Dinamo” Kiyev, Ukrayna), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniel Pranyiç (“Panatinaikos”, Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real Madrid”, İspaniya), Milan Badel (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), İvan Rakitiç (“Barselona”, İspaniya), Miyo Kaktaş (“Hayduk”)

Hücumçular: Nikola Kaliniç, Ante Rebiç (hər ikisi “Fiorentina”, İtaliya), Marko Pyaça (“Dinamo”, Zaqreb), İvan Perişiç (“Volfsburq”, Almaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), Mario Mancukiç (“Yuventus”, İtaliya), Andrey Kramariç (“Lester”, İngiltərə).

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı iyunun 3-də "Bakcell Arena"da keçiriləcək. Niko Kovaçın komandası bundan 3 gün sonra Norveçin qonağı olacaq. Hər iki görüş saat 21:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi