Yuxarı

​“Xəzər-Lənkəran” son dəqiqələrdə məğlubiyyətdən qaçıb

“Rəvan”la oyun 1:1 hesabı ilə başa çatıb

Bakı. 23 Avqust. REPORT.AZ/ Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.

“Report” xəbər verir ki, turun ilk oyunu “Xəzər-Lənkəran” və “Rəvan” arasında baş tutub.

Doğma meydanda oynayan “Xəzər-Lənkəran” 48-ci dəqiqədə azlıqda qalıb: Elşən Rzazadə meydandan qovulub. 55-ci dəqiqədə rəqib Ramazan Abbasovun qolu sayəsində irəli çıxıb. Lənkəran klubu məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb. Rahid Əmirquliyev 87-ci dəqiqədə komandasına bərabərlik gətirən qolu vurub. 90+1-ci dəqiqədə “Xəzər Lənkəran”ın daha bir futboçusu – Adrian Skarlatake qırmızı vərəqə görərək meydandan xaric edilib. Matç heç-heçə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi