Yuxarı

"Xəzər Lənkəran" klubunda vəziyyətdən çıxış yolları müzakirə olunub

Alternativ variantlar da gündəmə gətirilib

Bakı. 19 may. REPORT.AZ/ "Xəzər Lənkəran"ın klubdaxili növbəti toplantısında AFFA Lisenziya Komissiyasının son qərarı da müzakirə olunub. Klubdan "Report"a verilən məlumata görə, iclasda komissiyanın son tarix olaraq müəyyənləşdirdiyi mayın 30-dək müvafiq sənədləri təqdim etməyə qərar verilib.

Vəziyyətdən çıxış yollarının tapılması üçün alternativ variantlar da gündəmə gətirilib. Bununla bağlı bəzi qərarlar qəbul edilib. Lakin məsələlər həllini tapanadək həmin qərarların açıqlanmaması məqsədəuyğun sayılıb.

"Problemlər güman ki, həll olunacaq" deyən mətbuat katibi Hüseyn Cəbrayıloğlu borclu qaldıqları sabiq futbolçularına əmək haqlarının hissə-hissə ödənilməsinə dair danışıqların aparıldığını açıqlayıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" hazırda Azərbaycan Premyer Liqasında 14 xalla 10-cu pillədə qərarlaşıb. Cənub klubu özündən 3 xal irəlidəki "Rəvan"ı sabah məğlub edə bilməsə, sonuncu pillədən qurtula bilməyəcək. AFFA Lisenziya Komissiyası hər iki kluba növbəti mövsüm Premyer Liqada iştirak üçün lisenziya verməyib və sənədlərdəki çatışmazlıqları aradan qaldırmaq üçün mayın 30-dək vaxt müəyyənləşdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi