"Xəzər Lənkəran" klubu 13 futbolçu ilə yollarını ayırıb - SİYAHI

"Xəzər Lənkəran" klubu 13 futbolçu ilə yollarını ayırıb - SİYAHI Komandada cəmi 15 futbolçu qalıb
Futbol
3 Yanvar , 2015 13:40
Xəzər Lənkəran klubu 13 futbolçu ilə yollarını ayırıb - SİYAHI

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanın "Xəzər Lənkəran" klubu heyətdə saxladığı futbolçuları açıqlayıb. "Report"un məlumatına görə, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

Bunlar qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovdur. Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş daha bir hücumçu Orxan Əliyev geri qaytarılıb.

Əvəzində 13 futbolçu ilə yolların ayrılmasına qərar verilib. Bunlar qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Tyeqo de Xesus, Adrian Skarlatake, Aleksandr Şemonayev, Vanderson Skarduelli, yarımmüdafiəçilər Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov, Uğur Pamuk, Rəşad Sadiqov, Əfran İsmayılov və Elnur Abdullayev, eləcə də hücumçu Rauf Əliyevdir.

Qeyd edək ki, Oğuz Çətinin istefasından sonra "Xəzər Lənkəran"a Elbrus Məmmədov baş məşqçi təyin olunub. Ona Covanni Melkiorre fiziki hazırlıq, Vidadi Hüseynov qapıçılar üzrə məşqçi kimi yardımçı olacaqlar. Yunis Hüseynov idman direktoru, Gennadi Kişlari həkim qismində fəaliyyətini davam etdirəcək.  

Son xəbərlər

Orphus sistemi