Yuxarı
    Bağlamaq

    "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə Futbol Federasiyasının prezidenti ola bilər

    68 yaşlı mütəxəssis belə bir variantı istisna etməyib

    Bakı. 7 mart. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubunun sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsinə namizədliyini irəli sürə bilər. 

    "Report"un məlumatına görə, 68 yaşlı mütəxəssis "Anadolu" agentliyinə açıqlamasında belə bir variantı istisna etməyib.

    Türkiyədə futbolla bağlı hər sahədə fəaliyyət göstərdiyini vurğulayan M.Denizlinin fikrincə, TFF prezidenti olması zərurəti nə vaxtsa yarana bilər: "Belə bir fikir bir gün ortaya çıxarmı? Deyə bilmərəm. Futbolun hər pilləsində fəaliyyət göstərən insanlarıq, bundan sonra da davam edəcəyik".

    Qeyd edək ki, hazırda TFF prezidenti Yıldırım Demirörendir. O, quruma 2012-ci il fevralın 27-dən rəhbərlik edir. Mustafa Denizli 2013-cü ilin dekabrından 2014-cü ilin mayınadək "Xəzər Lənkəran"ın baş məşqçi postunda çalışıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi