"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Qalatasaray"dan aldığı pulu geri qaytarıb

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi "Qalatasaray"dan aldığı pulu geri qaytarıb Bu barədə Türkiyə televiziyasında məlumat verilib
Futbol
13 Dekabr , 2016 19:52
Xəzər Lənkəranın sabiq baş məşqçisi Qalatasaraydan aldığı pulu geri qaytarıb

Bakı. 13 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçi Mustafa Dənizli sonuncu iş yeri olan Türkiyənin "Qalatasaray" klubundan aldığı pulu geri qaytarıb. 

"Report"un məlumatına görə, bu barədə Türkiyədə yayımlanan "Telegol" proqramının aparıcısı Serhat Ulueren bildirib.

O, M.Dənizli ilə danışdığını və 2015-ci ilin oktyabrında "Qalatasaray"a baş məşqçi təyin olunan mütəxəssisin klubdan aldığı pulu geri verdiyini bildirib: "Qalatasaray"dan aldığı pulu geri qaytarıb. Beş həftə daha qalsaydı, çox məbləğdə pul alacaqdı. Amma uğur qazanmadığı üçün istefa verməyi üstün tutub. "Məni mən edən "Qalatasaray"dır, bu pulu ala bilməzdim" deyib".

M.Dənizli "Qalatasaray" klubunun baş məşqçiliyindən bu il martın 1-də istefa verib. 

Qeyd edək ki, o, 2013-cü il dekabrın 3-də "Xəzər Lənkəran"la müqavilə imzalayıb. Elə həmin mövsümün sonunda da komanda ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi